İran səfiri Türkiyə XİN ə çağırılıb

04.03.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

İranın Türkiyədəki səfiri Türkiyə ərazisi yaxınlığında İran tərəfindən buraxılan raketin vurulması hadisəsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.

Qeyd edək ki, İrandan buraxıldıqdan sonra İraq və Suriya hava məkanını keçərək Türkiyə hava məkanına istiqamətləndiyi müəyyən edilən ballistik raket Aralıq dənizinin Şərqində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında zərərsizləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью