İran səfiri XİN ə çağırıldı, sanksiya tətbiq edildi

12.10.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

İran səfiri Seyid Əli Musəvi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ed Milibend bəyanat yayıb.

"İrana dəfələrlə bildirdiyimiz kimi, Böyük Britaniya öz ərazisində təhdidlərə dözməyəcək. Bu gün mən bu mesajı tam şəkildə təkrarlamaq üçün İran İslam Respublikasının Birləşmiş Krallıqdakı səfirini çağırmağı tapşırdım", - nazir bildirib.

Bundan əlavə, nazir qeyd edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əks-kəşfiyyat əməliyyatlarının rəhbəri Ruhullah Bəzgəndiyə və Britaniya tərəfinin iranlı dissidentlərə qarşı bir neçə sui-qəsddə əli olan Zindəşti şəbəkəsinin vasitəçisi hesab etdiyi Şəhram Əli Rza Təmərzadə Cəkiyə qarşı sanksiyalar tətbiq olunub.

Qeyd edək ki, bu gün 29 ölkə İrana qarşı birgə bəyanat yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью