İran səfirinə Tbilisidə itlər hücum edib, ayağı sınıb

12.10.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisidə sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.

Modern.az Apsny.ge-ə istinadən məlumat verir ki, səfir itlərdən qorunmağa çalışarkən yıxılıb və ayağı sınıb.

Yerli sakinlər səfirə ilkin tibbi yardım göstərib və təcili tibbi yardım çağırıblar.

Xatırladaq ki, Seyid Əli Mocani 2026-cı ilin yanvarında İranın Gürcüstandakı səfiri vəzifəsinin icrasına başlayıb. O, bundan əvvəl İranın xarici işlər sistemində çalışıb, diplomatik tarix və arxiv məsələləri üzrə fəaliyyət göstərib, həmçinin İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью