Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa Milli Assambleyasının deputatı Erik Siotti İran səfirinin ölkəsindən qovulmasının vaxtının çatdığını bildirib.Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.“Artıq İran diktaturasının səfirinin Fransada heç bir yeri yoxdur.
Prezident Emmanuel Makrondan xahiş edirəm ki, onu arzuolunmaz şəxs elan etsin və ölkədən qovsun”, - deputat vurğulayıb.İranın Fransadakı səfiri Məhəmməd Əminnejad ölkəsində etirazların zorakılıqla yatırılmasını müdafiə edib.“İslam Respublikasının əlləri qana batmayıb”, - səfir söyləyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.