İran səfirliyimizə hücum edən şəxsi edam etməyə hazırdır Amma…

28.04.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

İranın Ədliyyə Nazirliyi bəyan edib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsin edam cəzasını icra etməyə hazırdırlar.

Hurriyyet.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Əsgər Cahangir danışıb.

O deyib ki, qanuna görə, hökmün icrası üçün mərhumun valideynləri və ya onların vəkili hökmün həyata keçirilməsi üçün məhkəmə orqanlarına vəsatət verməli və ya hökmün icrası zamanı iştirak etməlidir:

“Qanuna əsasən ya mərhumun valideyni, ya da vəkili məhkəməyə hökmün icrası ilə bağlı müraciət etməlidir. Biz hazırda edam hökmünün icrası üçün həm müraciəti, həm də mərhumun valideyn və ya vəkilinin prosesdə iştirakını gözləyirik".

Tribunainfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью