İran səmasında İsrailin F 35 qırıcısı vuruldu, pilot əsir götürüldü

14.06.2025

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Quru Qoşunlarının hərbçiləri ölkə səmasında vurulan İsrail "F-35"nin pilotunu əsir götürüb.

"Report" xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.

Qeyd edək ki, İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus daha bir "F-35” qırıcısını vurub.

"İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin qərb səmasında daha bir İsrail "F-35” qırıcısını uğurla vuraraq məhv edib”, - məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью