İran sərhədində ABŞ nin kəşfiyyat təyyarəsi və dronu müşahidə edilib

12.02.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dronu müşahidə edilib. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, uçuşlar iki istiqamətdə qeydə alınıb.

Belə ki, “Boeing P-8A Poseidon” təyyarəsi Bəhreyndən qalxaraq Hörmüz boğazı üzərində dövrə vurub. Bundan başqa, Əbu-Dabidən havaya qalxan “MQ-4C Triton” dronu Oman körfəzi üzərində müşahidə edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent ölkəsinin İran yaxınlığında əlavə hərbi qüvvələr topladığını açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью