İran sərhədlərini bağlamağa başladı

26.06.2025

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran dünəndən etibarən sərhəd-keçid məntəqələri və zastavalarını gücləndirməyə başlayıb.

Tribunainfo.az xəbər verir ki, artıq dünən bir neçə istiqamətdə zastavaların sayı artırılıb.

Bundan başqa, ölkəyə giriş və çıxış zamanı yoxlamalar da sərtləşdirilib. Rəsmi qaynaqlar bu barədə hər hansı şərh vermirlər. Lakin müşahidəçilər hesab edirlər ki, bu addımın atılması 12 günlük müharibə zamanı İsrail kəşfiyyatının taktikası ilə bağlıdır. Belə ki, İran MOSSAD-ın xeyli üzvünün ölkəyə sıxdığını, bəzilərinin isə sərhəddən asanlıqla keçdiyini təsdiqləyir. Görünür, həmin şəxslərin ölkədən çıxa biləcəyini düşünərək, gücləndirməni həyata keçirirlər.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью