İran Şirqulamini Ermənistana yola saldı

10.12.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İran xarici işlər naziri Abbas Əraqçi Ermənistana yeni təyin olunan səfir Xəlil Şirqulamini İrəvana yola düşməzdən əvvəl qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, görüş zamanı Abbas Əraqçi İran ilə Ermənistan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadənin vacibliyini vurğulayıb.

Səfir Xəlil Şirqulami iki qonşu ölkə arasında mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlərin daha da möhkəmləndirilməsinə dair planlarını diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью