Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
İran nümayəndələri son günlərdə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoffla əlaqə saxlamayıb və danışıqlar tələb etməyiblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Mehr" xəbər agentliyinin verdiyi məlumata görə, Əraqçi: "Son bir neçə gün ərzində Vitkoffla mənim aramda heç bir əlaqə olmayıb. Biz danışıqlar tələb etməmişik", - deyə bildirib.
"Əlbəttə ki, vasitəçi kimi çıxış edən və bizimlə məsləhətləşən ölkələr var və biz onlarla əlaqə saxlayırıq", - deyə İran xarici işlər naziri əlavə edib.
21 yanvarda Vitkoff CNBC-yə bildirib ki, ABŞ İranla danışıqlar aparmır, lakin iki tərəf arasında əlaqələr olub. Vitkoff vurğulayıb ki, onun fikrincə, Tehranla razılaşma əldə edilməlidir, çünki əks halda "dünya çətin günlərlə üzləşəcək".
Qadir, Bizimyol.info