Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranda davam edən quraqlıq və su böhranı fonunda rəsmi Tehran qonşu ölkələrlə ölkəyə su idxalı imkanlarını müzakirə edir.
KONKRET.az xəbər verir ki, bu barədə energetika naziri Abbas Aliabadi məlumat verib. “Əsas məqsədlərdən biri su ehtiyatlarını artırmaqdır.
Biz qonşularla danışıqlar aparırıq və su idxalı üçün imkanlar axtarırıq”, – deyə o bildirib.
İranın əsas su anbarlarındakı su səviyyəsi hazırda cəmi 32% təşkil edir.
Fars agentliyinin noyabrın 8-nə olan məlumatına görə, ölkədə fəaliyyət göstərən su anbarlarının təxminən 10%-i (19 ədəd) demək olar ki, tamamilə quruma təhlükəsi ilə üz-üzədir.
İranın meteoroloji xidməti bu payız mövsümünü son 50 ilin “ən quraq payızı” adlandırıb.
Yağıntıların həcmi uzunmüddətli orta göstəricilərlə müqayisədə 89% azalıb.