İran Süleymaninin dostunu Suriyaya göndərdi

03.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

İran silahlı müxalif qrupların Suriyanın hökumət qüvvələrinə qarşı hücumları ilə mübarizə çərçivəsində general Cavad əl-Qafarini təcili Dəməşqə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

General Suriyada rejim qüvvələri və İranın proksilərinə məsləhət və təlim verən qrupa rəhbərlik edəcək. Bundan əvvəl həmin qrupa rəhbərlik edən Kəyumərs Purhaşimi müxaliflərin noyabrın 27-dəki hücumunda öldürülüb.

Qafari “Qüds” briqadasının keçmiş komandiri Qasım Süleymaninin dostudur.

Qeyd edək ki, Süleymani 2020-ci ilin yanvarında ABŞ-ın İraqın paytaxtı Bağdadda keçirdiyi əməliyyat zamanı öldürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью