İran Suriyada bu qədər əsgər itirib

10.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Təxminən 6 min şəhid verdik, milyardlarla vəsait xərclədik və sonda Suriyanı bir həftə ərzində radikallara təslim etdik.

Axar.az xəbər verir ki, bunu iranlı millət vəkili Məhəmməd Mənin Rəisi İran parlamentinin Suriya ilə bağlı keçirilən iclasında deyib.

Rəisi baş verənləri gözlənilməz və ağrılı nəticələr kimi dəyərləndirib.

Qeyd edək ki, İran Suriyadakı canlı itkisinə dair rəsmi statistika açıqlamaqdan çəkinir.

Buna qədər açıqlanan ən yüksək rəsmi rəqəm isə 2017-ci ildə İran Şəhidlər Təşkilatının rəhbəri Məhəmməd Əli Şəhidinin Suriyada və İraqda ümumilikdə 2 min 100 İran əsgərinin həyatını itirdiyini bildirməsi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью