İran Suriyadan 30 milyard dollar TƏLƏB EDİR

18.12.2024

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Suriyada vətəndaş müharibəsi başlayandan bəri Əsəd rejiminin ən mühüm dəstəkçiləri arasında olan İran Əsəd administrasiyasına verdiyi dəstəyin əvəzini tələb etməyə başlayıb. 

News24.az Haberler-ə istinadən xəbər verir ki, Əsədin devrilməsi İranın bütün investisiyalarının boşa getməsinə səbəb olub və İran hökuməti bu itkiləri bərpa etmək üçün hərəkətə keçib. Belə ki, İran Suriyadan 30 milyard dollar tələb edib.

İran rəsmiləri “Hökumət dəyişsə belə, bu borcun silinməyəcəyini” və Suriyanın yeni administrasiyasının bu borcu ödəməyə borclu olduğunu bildirib.

Onu da qeyd edək ki, İranın 30 milyard dollarlıq debitor borcu yeni hökumətin ən mühüm xarici əlaqələrindən birinə çevriləcək. Bu proses Suriyanın yenidən qurulması prosesini çətinləşdirə bilər.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью