İran Suriyaya Ermənistandan əsgər göndərmək istəyir

05.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Suriyada yaranan siyasi böhrandan çıxmaq məqsədilə bu ölkəyə müxtəlif silahlı qrupları göndərmək qərarına gəlib.

"Azad İran" "Telegram" kanalı məlumat verir ki, bu barədə "Anadolu" agentliyinin fars redaksiyasının rəhbəri Oğuz Akkar məlumat verib.

"İran Suriyada "Fatimiyyun" (Əfqanıstan şiələri) və "Zeynəbiyyun" (Pakistan şiələri) qüvvələrini gücləndirmək üçün tədbirlər görür", - deyə Oğuz Akkar vurğulayıb.

O əlavə edib ki, İran, həmçinin, Suriyaya erməni əsgərlərini göndərmək üçün Ermənistan ordusunun rəsmiləri ilə danışıqlar aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью