İran Suriyaya qoşun göndərir? Abbas Əraqçi açıqladı | Icma.az
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "İran Suriyaya qoşun göndərə bilər".
Turkustan.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Arabi əl-Cədid" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq.
Bundan başqa, nazir qeyd edib ki, o, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.
Əraqçi onu da əlavə edib ki, hazırda İran ABŞ ilə danışıqlara başlamaq niyyətində deyil: "Belə bir dialoq üçün heç bir əsas yoxdur".
/Oxu.Az/ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu