İran təhdid etdi: Ermənistanda dərhal qərar verildi

30.03.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənistan Amerika Universiteti (AUA) təhlükəsizlik səbəblərinə görə onlayn təhsilə keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Panika üçün səbəb olmadığı bildirilib.

“Onlayn rejimə keçmək qərarı Qərbi Asiya və Yaxın Şərqdəki Amerika universitetlərinə qarşı İran tərəfindən səsləndirilən təhdidlər fonunda qəbul edilib.

Bununla belə, universitet birbaşa təhdid almayıb və təhlükə altında olduğumuzu düşünmək üçün heç bir əsas yoxdur”, – deyə ali təhsil müəssisəsi yaydığı açıqlamada qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью