İran təhdid etdi: İsraili bir saata yaşanmaz hala gətirərik

25.10.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"İranın təhlükəsizliyinə və ya milli maraqlarına qarşı hər hansı bir hərəkət İsraili bir saatdan az müddətdə yaşanmaz hala gətirəcək cavab tədbirləri ilə nəticələnəcək".

"Cebheinfo.az"-ın "Mehr"-ə istinadən məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin rəhbəri İbrahim Əzizi bildirib. Komitə sədri  bunu ivrit dilində sosial media səhifəsində yazıb.

"Bilin ki, təhlükəsizliyimizə və milli maraqlarımıza qarşı hər hansı bir hərəkət edilərsə, işğal olunmuş ərazilərin yaşanmaz hala gətirilməsi bir saatdan az vaxt aparacaq", - Əzizi vurğulayıb.

Paylaşımda İsrail infrastrukturunu təsvir edən bir illüstrasiya da olub. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью