“İran təhlükəsizliyini satın almır, özü qurur”

05.03.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

“Biz öz təhlükəsizliyimizi satın almırıq, əksinə özümüz qururuq”.

Missiya.Az “ISNA”ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və Ukrayna Prezidentlərinin mübahisəsinə münasibət bildirərkən deyib: 

“İran öz təhlükəsizliyini satın almır, əksinə qurur. Biz başqalarının bizə dəstəyindən asılı deyilik, əksinə, daxili bilik, güc və imkanlara arxalanaraq özümüzü müdafiə edirik”, - deyə siyasətçi vurğulayıb.

Əraqçı qeyd edib ki, Ukraynadakı müharibə və son hadisələr Rusiyaya müxtəlif cəbhələrdə öz oyununu daha diqqətlə planlaşdırmaq imkanı verib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью