Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Terrorizm və ekstremizmlə mübarizədə kollektiv beynəlxalq əməkdaşlığa ehtiyac var".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" hesabında bildirib.
O, paylaşımında 2013-cü ildə BMT Baş Assambleyasında İran tərəfindən irəli sürülən və "Dünya Zorakılığa və Ekstremizmə Qarşı (WAVE)" kimi tanınan təşəbbüsün təsdiqlənməsinin ildönümünə toxunub.
"Həmin qətnamə o vaxt olduğu kimi bu gün də aktualdır. Terrorizm və zorakı ekstremizmlə mübarizə və onun sülhə, təhlükəsizliyə və insan hüquqlarına təhdidlərinə qarşı mübarizə gücləndirilmiş beynəlxalq əməkdaşlığı tələb edir", - deyə Bəqai vurğulayıb.
Gülşən Şərif