Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran və ABŞ bu cümə günü Omanda danışıqlar aparacaqlar.
Bakupost.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, danışıqların formatı əvvəlki raundlarla eyni qalacaq. İran nümayəndə heyətinə İranın xarici işlər naziri Seyid Abbas Araqçı, Amerika nümayəndə heyətinə ABŞ prezidentinin elçisi Stiv Vitkoff rəhbərlik edəcək. Trampın kürəkəni Cared Kuşnerin də bu raund danışıqlarda iştirak etməsi ehtimalı var.
İran rəsmiləri əsas mövzunun İranın nüvə məsələsi olacağını vurğulayıblar. İranın ən vacib tələblərindən biri ABŞ sanksiyalarının ləğvidir.
Qeyd edək ki, bundan öncə görüşün İstanbulda keçiriləcəyi açıqlanmışdı.
Asena,
BakuPost