İran təşvişdə: “Təhlükədəyik, artıq sərhədlərimizdə...”

20.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Yaxın Şərqdə hakimiyyət dəyişiklikləri İranın sərhədlərinə birbaşa təhlükə yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə iranlı politoloq Aram Şahnazaryan bildirib.

“Baş verənlər İran üçün böyük problemdir, çünki İran hökuməti bu regionda strateji mövqelərindən birini itirib. Artıq “Hizbullah”ın taleyi də sual yaradır, çünki bu struktura ağır zərbələr vurulub.

İkinci mühüm məsələ İraq olaraq qalır. İran nəyin bahasına olur-olsun, İraqdakı təsirini saxlamağa çalışmalıdır. İraq Yaxın Şərqdə çox mühüm təsir mərkəzi olacaq, bu isə İranın sərhədlərinə birbaşa təhlükə yaradır”, - politoloq qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью