Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İranın ABŞ üçün qəbuledilməz olan tənzimləmə təklifi Tehranın Hörmüz boğazı üzərində suverenliyini və Vaşinqtonun İslam Respublikasına təzminat ödəməsini nəzərdə tuturdu.
"Cebheinfo.az" bu barədə Press TV-yə istinadən məlumat verir.
Məlumatda deyilir:
"İranın planı ABŞ- nin İrana müharibə təzminatını ödəməsinin vacibliyində israr edir və İranın Hörmüz boğazı üzərində suverenliyini bir daha təsdiqləyir. İran sanksiyaların qaldırılmasının və ölkənin ələ keçirilmiş aktivlərinin və əmlakının azad edilməsinin vacibliyini vurğulayır".
Həmçinin, nəşrin məlumatına görə, İranın ABŞ planına cavab olaraq təqdim edilən təklifi xalqın fundamental hüquqları ilə bağlıdır.
Press TV bildirir: "İran ABŞ planını rədd etdi ki, çünki bu, Trampın həddindən artıq tələblərinə tabe olmaq demək olardı".
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin