İran təzyiq olmadığı təqdirdə danışıqlara hazır olduğunu bəyan edib

13.03.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın xarici işlər naziri Abbas Araqçi Vaşinqtonla danışıqların mümkünlüyünü istisna etməyib, lakin danışıqların yalnız hər iki ölkənin “bərabər şərtlərdə” olması şərtilə baş tuta biləcəyini deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın dövlət qəzeti məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp ötən həftə İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə danışıqları aparmağı təklif edən məktub göndərdiyini bildirib, eyni zamanda “İranla mübarizənin iki yolu var: hərbi yolla və ya razılaşma əldə etməklə” xəbərdarlıq edib.

“Qarşı tərəfin maksimum təzyiq göstərdiyi bir vaxtda danışıqlara başlasaq, zəif mövqedən danışıqlar aparmış olarıq və heç nəyə nail olmayacağıq”, — deyə Arakçi qeyd edib.

“Bizimlə bərabər səviyyəli müzakirə istəyən qarşı tərəf təzyiq siyasətinin səmərəsizliyinə əmin olmalıdır - yalnız bu halda biz bərabər şərtlərlə danışıqlar masasına əyləşə biləcəyik”,- deyə nazir əlavə edib.

Tehranla nüvə sazişi bağlamaq imkanlarını açıq qoyan Tramp, ilk prezidentlik dövründə İranı qlobal iqtisadiyyatdan təcrid etmək və neft ixracını sıfıra endirmək üçün istifadə etdiyi “maksimum təzyiq” kampaniyasını bərpa edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью