İran Trampa cavabı niyə Omanla göndərib? Araqçı açıqladı

28.03.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın xarici işlər naziri Abbas Araqçı Tehranın ABŞ prezidentinin məktubuna Oman Sultanlığı vasitəsilə cavab vermək qərarının səbəbini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazir bu barədə “Tasnim” agentliyinə danışıb.

O bildirib ki, İran Trampa cavabını Oman vasitəsilə göndərib, çünki bu sultanlıq keçmişdə də eyni rolu oynayıb.

“Bizim Omanla (işləmək baxımdan) yaxşı təcrübəmiz var. Omanın xoş niyyətinə inanırıq. İki ölkə (İran və Oman) arasında yaxşı münasibətlər hökm sürür. İkitərəfli münasibətlərdə qarşılıqlı anlaşma var”, – deyən Araqçı belə şərtlərin Omanı ABŞ-a cavab göndərmək üçün təbii seçim etdiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью