İran Trampdan gizli minlərlə raket ehtiyatı toplayıb WSJ

15.11.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

ABŞ və İsrailin İranın istehsal imkanlarına zərbələr endirməsinə baxmayaraq, Tehran arsenalını bərpa edir. Bu proses əsasən əvvəlcədən toplanmış komponentlər hesabına həyata keçirilir. İranın böyük sayda pilotsuz uçuş aparatı və qısa mənzilli raketləri də var.
Bizim.Media xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) yazıb.
ABŞ Müdafiə Nazirliyində çalışmış Simona Lidin bildirib ki, 1500 raketlik minimum qiymətləndirmə belə İranın müharibədən əvvəlki ehtiyatlarının yarıdan çoxunu bərpa etdiyini göstərir. Onun sözlərinə görə, İran 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə ilə 2026-cı ilin fevralında başlayan hazırkı münaqişə arasındakı dövrdə arsenalını tamamilə bərpa edib.
 

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Cim Lemson isə İranın raket ehtiyatlarının dəqiq sayının olmadığını bildirib. Bunun səbəbi Tehranın bu məlumatları ciddi məxfi saxlaması və müxtəlif istehsalçıların məhsullarından istifadə etməsidir.


WSJ-nin məlumatına görə, Rusiya da daxil olmaqla müttəfiqlərinin köməyi ilə İran kəşfiyyat imkanlarını və hədəfləri müəyyənləşdirmək üçün məlumatların keyfiyyətini yaxşılaşdırıb. Tehran, həmçinin raket və pilotsuz uçuş aparatlarından birgə istifadə kimi taktikalardan yararlanaraq Yaxın Şərqdəki hədəflərə zərbələrinin effektivliyini artırıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью