İran Trampı təhqir etdi: Axmaq və dəli...

11.02.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-la danışıqlar aparmaq və güzəştə getmək istəyənlər Amerika ilə heç vaxt danışıqlar aparmayacağımız barədə ali rəhbərdən aydın cavab aldılar.

Axar.az xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin ideoloji-siyasi rəhbəri Seyid Ziyaəddin Ağacanpur deyib.

“Axmaq və dəli Tramp maksimum təzyiq vasitəsilə İran xalqını diz çökdürmək istəyir, ancaq biz təslim olmayacayıq”, - Ağacanpur deyib.

Qeyd edək ki, Tramp İranı dayandırmağın iki yolu – hərbi və saziş – olduğunu, razılaşmaya üstünlük verdiyini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью