İran Trampın açıqlamasını TƏKZİB ETDİ: “Mümkün deyil” KONKRET

09.04.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İran və ABŞ arasında Omanda danışıqlar birbaşa deyil, vasitəçilər vasitəsilə aparılacaq.”

KONKRET.az xəbər verir ki, bu fikirləri İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.

Xatırladaq ki, Donald Tramp İran və ABŞ arasında aprelin 12-nə planlaşdırılan danışıqların birbaşa keçiriləcəyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyi də öz növbəsində bu məlumatı təkzib edərək bildirib ki, Tehran Vaşinqtonla vasitəçi olmadan ünsiyyət qurmaq niyyətində deyil. Çünki ABŞ vaxtilə nüvə sazişi ilə bağlı razılaşmanı pozub.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью