İran Trampın bəyanatlarını təkzib etdi

22.07.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

"İran rəhbərliyi münaqişənin həlli üçün ABŞ ilə danışıqları bərpa etmək niyyətində deyil və Ağ Ev lideri Donald Trampın səsləndirdiyi bütün fikirlər sadəcə neftin qiymətini azaltmaq məqsədi daşıyır".

"AzPolitika" xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin nümayəndəsi, deputat Həsən Qaşqavi "X" hesabında məlumat verib.

"Trampın İranın guya danışıqlar üçün müraciət etməsi barədə iddiaları qətiyyən həqiqəti əks etdirmir. Onun ardıcıl yalanları artıq bazarları qısa müddətə belə sabitləşdirə bilmir", - deyə o, paylaşımında qeyd edib.

Qaşqavi Amerika liderinə düşdüyü bataqlıqdan xilas olmaq üçün daha təsirli yollar axtarmağı tövsiyə edib.

Qeyd edək ki, iyulun 21-də Tramp İranın ABŞ ilə yeni görüşə can atdığını, lakin "Tehran ciddi şəkildə hazır olana qədər" Vaşinqtonun hazırda danışıqların bərpasında maraqlı olmadığını bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью