İran Trampın səyahət qadağasını qınayıb

07.06.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada qeyd edilib: "ABŞ hökumətinin İran vətəndaşlarını yalnız dini inancları və milli mənsubiyyətlərinə görə ölkəyə buraxmaması İran xalqı və müsəlmanlarına qarşı dərin düşmənçiliyin göstəricisidir".
Bəyanatda qərarın beynəlxalq insan haqları normalarına zidd olduğu, ayrı-seçkilik qadağasını pozduğu və bu məsələ ilə bağlı ABŞ-ın beynəlxalq məsuliyyət daşıdığı bildirilib.
Tehran administrasiyası Birləşmiş Millətlər Təşkilatına (BMT) və qlobal insan haqları təşkilatlarına çağırış edərək, onların ABŞ-ın birtərəfli və ayrı-seçkilikçi yanaşmalarına açıq şəkildə qarşı çıxmalı olduqlarını qeyd edib. İran həmçinin vətəndaşlarının hüquqlarını qorumaq üçün lazımi diplomatik və hüquqi addımlar atacağını açıqlayıb.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью