İran Trampın vəzifə verəcəyi məxfi şəxsi rüsvay etdi

04.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyini irəli sürdüyü Keş Patel İran hakerlərinin hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb.

Hakerlərin Patelin şəxsi qeydlərinin bir hissəsinə giriş əldə etdiyi bildirilir. FTB Pateli baş verənlər barədə məlumatlandırıb.

Belə məxfi vəzifəyə təyin ediləcək şəxsin gizli məlumatlarının ələ keçməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Konqres Keş Patelin FTB rəhbəri vəzifəsinə gəlməsini təsdiqləməlidir. O, Trampın Rusiyaya çalışması ilə bağlı kampaniyanı ortaya çıxaran əsas şəxsdir

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью