Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın təminatları Tehrana kifayət etmir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. İran Ermənistanın TRIPP layihəsi ilə bağlı təminatları ilə kifayətlənməyəcək və onun icrasını diqqətlə izləyəcək.
Sherg.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
O qeyd edib ki, Tehran Cənubi Qafqazda kommunikasiyaların açılmasını və iqtisadi əlaqələrin genişlənməsini dəstəkləyir, lakin regionun geosiyasi konfiqurasiyasının dəyişməsinə və İran sərhədləri yaxınlığında üçüncü ölkələrin hərbi mövcudluğuna qarşıdır.
Bəqai vurğulayıb ki, İran Ermənistanla münasibətlərinə güvənir, lakin üçüncü tərəflərə etibar etmir. Tehran layihənin icrasını izləməkdə və İrəvanla əlaqələri davam etdirməkdə qərarlıdır.