Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
İran ABŞ ilə danışıqları ikitərəfli formata dəyişdirmək və yerini Türkiyədən Omana köçürmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, Axios bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
“İran ABŞ-la danışıqların yerinin və formatının dəyişdirilməsini tələb edib. İranlılar danışıqları İstanbuldan Omana köçürmək istəyirlər. İndi onlar danışıqları bir neçə ərəb və müsəlman ölkəsinin müşahidəçi kimi iştirakı ilə deyil, yalnız ABŞ-la ikitərəfli formatda aparmaq niyyətindədirlər”, – məqalədə vurğulanıb.
Əliyar Xəlil