İran üçün ağrılı ssenari: silahı yerə qoyub, mövqeləri təhvil verirlər | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Hizbullah” Livanın cənubundakı əksər hərbi obyektlərdən geri çəkilir.
Livanın şiə hərəkatı mövqelərini Livan ordusuna buraxır, İsrail isə Livan ərazilərini “strateji” işğal altında saxlamağa davam edir.
Bu barədə Qətərin məşhur “Middle East Eye” saytı xəbər yayıb.
Bəllidir ki, İsrail ordusu Livanın cənubunda quru əməliyyatı zamanı “Hizbullah” təşkilatının bölgədəki hərbi infrastrukturunu, demək olar ki, tamamilə məhv edib və sıradan çıxarılmış mövqelərin bərpasına imkan vermir.
Hərəkata yaxın mənbə şənbə günü bildirib ki, ölkənin cənubundakı “Hizbullah” hərbi obyektlərinin əksəriyyəti hazırda Livan ordusunun nəzarəti altındadır.
Qrup qüvvələrinin geri çəkilməsi minlərlə insanın ölümünə səbəb olan və aylarla davam edən zorakılıqlardan sonra noyabr ayında İsraillə imzalanmış atəşkəs razılaşmasından irəli gəlir.
“Litani çayının cənubunda müəyyən edilmiş 265 “Hizbullah” hərbi mövqeyindən hərəkat təxminən 190-nı orduya verib”, – adının açıqlanmasını istəməyən mənbə bildirib.
İsrail və “Hizbullah” Qəzzada müharibənin başlamasından sonra – 7 oktyabr 2023-cü ildən bəri dəfələrlə sərhəddə üz-üzə gəlib.
Tam oxu
Xəbəri oxu