Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran xarici işlər naziri Abbas Arakçı ukraynalı həmkarı Andrey Sibiqa ilə apardığı telefon danışığı barədə paylaşım edib.
Axar.az xəbər verir ki, Arakçı X hesabında İranın Ukraynadan təzminat tələb etdiyini yazıb.
"İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir", - Arakçı bildirib.
Qeyd edək ki, Ukrayna Rusiya və İran arasında silah daşınması ilə məşğul olan İran yük gəmisini Xəzər dənizində vurub. Nəticədə bir nəfər öıüb, 2 nəfər yaralanıb. İran buna kəskin etiraz edib və nəticəsi ilə bağlı Ukrraynanı hədələyib.
Bəzi mənbələr İranın Ukraynaya zərbəyə hazırlaşdığı haqda iddia da səsləndirib.