​İran Ukraynanı hədələyir “Dəlillər var...”

03.08.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tehran Ukraynanın "hərəkətlərinə görə cavab verməsi və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq” üçün bütün lazımi tədbirləri görəcək.

“AzPolitika” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi mediaya açıqlamasında bildirib.

O iddia edib ki, Tehranda Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə hücumunun "qəsdən törədildiyi"nə dair dəlillər var: "Ukrayna rəsmilərinin sözlərinə görə, bu hadisə qəsdən törədilməyib, lakin mövcud dəlillər hücumun qəsdən törədildiyini göstərir".

Qeyd edək ki, iyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində, Rusiyanın ərazi sularında İran gəmisinə zərbə endirdiyini və nəticədə bir heyət üzvünün öldüyünü bildirib. Daha sonra İran Xarici İşlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqaya bildirib ki, Kiyev İran gəmisinə dəyən ziyanı kompensasiya etməlidir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью