İran Ukraynanı suriyalı yaraqlıları silahlandırmaqda ittiham edib

07.12.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Ukrayna Suriya müxalifətinin silahlı qüvvələrinin silahlılarını pilotsuz təyyarələrlə (PUA) təmin etməklə birbaşa dəstəkləyir.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezai bildirib.

...Terrorçular Ukrayna hökuməti tərəfindən onlara verilən pilotsuz uçuş aparatları da daxil olmaqla, keçmişdə olduğundan daha çox təchiz olunur və Ukrayna hökuməti bununla bağlı məsuliyyət daşımalıdır.

Bunu iranlı parlamentari deyib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Kiyevi terrorizmlə mübarizə üzrə öhdəliklərini pozmaqda ittiham edib və Suriya müxalifətinə dəstəyi dayandırmağa çağırıb.

Departament ayrıca Suriyadakı terror qruplarının “təhlükəli xarakterə” malik olduğunu vurğulayıb.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью