Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Defa Press" İranın ABŞ ilə danışıqlar çərçivəsində zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razılıq verdiyi barədə yayılan xəbərləri təkzib edib.
Redaktor.az xəbər verir ki, İran ordusu ilə əlaqəli nəşr bu məlumatları “tamamilə əsassız” adlandırıb.
Məlumata görə, nəşr İranın yüksək vəzifəli diplomatik mənbələrinə istinadla bildirib ki, uranın ölkədən çıxarılması məsələsi diplomatiyada “tamamilə və dönməz şəkildə” istisna edilir.
Eyni zamanda, İran və ABŞ-nin 14 maddəlik memorandum üzərində razılığa yaxınlaşdığı barədə iddialar da rədd olunub və bu məlumatlar “media kampaniyasının bir hissəsi” kimi qiymətləndirilib.
Qeyd edək ki, bu açıqlamalar "Axios"un Vaşinqton və Tehran arasında müharibə, sanksiyalar və nüvə proqramı ilə bağlı razılaşmaya yaxınlaşma barədə iddiasından sonra yayılıb.
Aminə ŞAHSUVARQIZI