İran uranı zənginləşdirəcəyini açıqladı

19.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

İran İslam Respublikası Məclisi Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq planlarını açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə ölkə parlamentinin bəyanatında deyilir. 

Məlumata görə, İran beynəlxalq aktdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina etməyə hazırdır. Tehran uranın 60 faizdən yuxarı səviyyəyə qədər zənginləşdirilməsinə başlamaq imkanını bu addıma alternativ adlandırır. 

Hakimiyyət bununla dövlətə qarşı sanksiyaların gücləndirilməsi təhlükəsinə cavab vermək istəyir.

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью