İran uranı zənginləşdirməsini məhdudlaşdırmaq üçün şərtini AÇIQLADI

15.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə razılaşarsa, Tehran uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmağa və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtinaya hazır olacaq".

Oxu.Az xəbər verir ki, bu sözləri NBC-yə açıqlamasında İran İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şamxani deyib.

O qeyd edib ki, Tehran beynəlxalq müşahidəçiləri öz nüvə obyektlərinə buraxmağa da hazır olacaq və uranın sırf mülki məqsədlər üçün zənginləşdirilməsinə razılıq verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью