Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail hesab edir ki, İran uranın zənginləşdirilməsini davam etdirir və nüvə sentrifuqalarını Pikaks dağının altında gizlədir.
Redaktor.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumatlı mənbəyə istinadən məlumat yayıb.
"Bu dağın altında sentrifuqalar yerləşir və hazırda uranın zənginləşdirilməsi prosesi davam edir", – deyə nəşrin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, İsrail İranın nüvə proqramının tamamilə məhv edildiyinə inanmır. Təl-Əviv İslam Respublikasının nüvə proqramını və ya raket arsenalını bərpa etmək cəhdlərinin qarşısını almağa hazır olduğunu bildirir.
Xədicə BAXIŞLI