“İran uranın zənginləşdirilməsindən əl çəkməyəcək”

04.06.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ-nin nüvə sazişi təklifi İranın milli maraqlarına ziddir və İran uranın zənginləşdirilməsindən əl çəkməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei deyib.

Onun sözlərinə görə, uranın zənginləşdirilməsi məsələsi ABŞ və İran arasında danışıqlarda problem olub. 

Xamenei bildirib ki, uranın zənginləşdirilməsi İranın nüvə proqramının açarı olaraq qalır.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью