İran uranla bağlı konsorsium yaratmağı təklif edir

14.05.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tehran Amerika sərmayəsi ilə uranın zənginləşdirilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi planı bazar günü Omanda ABŞ prezidentinin nümayəndəsi Stiven Vitkoffa təqdim edib.

Qeyd edilib ki, İslam Respublikası bu təşəbbüsə Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi baxır.

Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью