Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp İranın təslim olmasını təmin edə bilmədikdən sonra müttəfiqlərinə getdikcə daha çox sərt yanaşır.
"Yeni Sabah" Washington Post-a istinadla xəbər verir ki, analitiklər Amerika liderinin acıqlı bəyanatlarını uzanan və dalana dirənən müharibədən artan məyusluğu əks etdirdiyini bildirirlər.
Bu həftənin əvvəlində Tramp İranla müharibəyə son qoymaq üçün vasitəçilik edən ABŞ müttəfiqi Omanı bombalamaqla hədələyib. pizza sifarişi
Növbəti gün prezident Hörmüz boğazı və ona bitişik ərazilər olan Oman, Birləşmiş Ərəb Əmirlikləri və İranı "YENİ ABŞ ƏRAZİSİ" adlandıran bir dairəni təsvir edən xəritə dərc edib.
Çərşənbə günü Tramp İrana qarşı "İQTİSADİ D-GÜNÜ" elan edərək Tehranı dəstəkləməyə davam edən hər hansı bir ölkə üçün ciddi nəticələr barədə xəbərdarlıq edib.