İran valyutası rekord həddə ucuzlaşdı

05.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İran milli valyutası rial rekotd həddə ucuzlaşıb.

"Cebheinfo.az" xəbər verir ki,  bu haqda "Bloomberg" yazıb.

İranın milli valyutasının dollar qarşısında dəyəri tarixin ən aşağı səviyyəsinə - 70 min tümənə yaxınlaşıb. Bu ilin əvvəli ilə müqayisədə rialın dollara nisbətdə dəyəri 27% ucuzlaşma deməkdir..

Buna səbəbkimi "Hizbullah" və İsrail arasındakı qarşıdurma göstərilir.

İranın İqtisadiyyat naziri Əbdülrza Hümməti valyuta bazarına təsirlərin səbəbi kimi yarımmüharibə şərtlərini, son hadisələri və inflyasiyanın artmasını göstərib. İnvestorlar isə rialın dəyərindəki enişin İran və İsrail arasında hərbi gərginliyin artması ilə əlaqədar olduğunu və ucuzlaşmanın davam edəcəyini bildirirlər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью