İran Vaşinqtona kimyəvi silah hücumu iddiasını rədd edir Əraqçi

18.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın paytaxtı Vaşinqtonda kimyəvi silahdan istifadə etməklə hücum planlaşdırılması barədə yayılan məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşım edərək bu iddiaları cəfəngiyyat adlandırıb.

“Son 72 saat ərzində İsrailə yaxın media orqanları İranın guya Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə  məlumatlar yayıb. Bunlar cəfəngiyyatdır”, – deyə Əraqçi X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, noyabrın 16-da CNN telekanalı İranın ABŞ rəsmilərinə qarşı kimyəvi silahdan istifadə etməklə hücum planlaşdırdığı barədə məlumat yayıb.
Prezident Tramp da bununla əlaqədar İrana sərt xəbərdarlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью