Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tehranın Vaşinqtonda kimyəvi silahlardan istifadə etməyi planlaşdırması ilə bağlı mediada yayılan məlumatlar həqiqətə uyğun deyil.
Axar.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı X sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, son 72 saat ərzində İsrailə yaxın media orqanlarında bu iddialarla bağlı xəbərlər dərc olunub.
Arakçı yayılan məlumatları "cəfəngiyyat" adlandıraraq, onları İraq müharibəsi dövründəki təbliğat kampaniyalarına bənzədib.
O, iddiaların arxasında İsrailin olduğunu irəli sürüb və bu cür məlumatların ictimaiyyət tərəfindən qəbul edilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, CNN İranın Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrinə kimyəvi silah və ya “çirkli bomba” adlanan vasitə ilə hücum etməyi planlaşdırması barədə informasiya yaymışdı.