Icma.az, Missiya.az saytına istinadən bildirir.
“İran ABŞ-nin təklifini qəbul etməsə, ciddi təzyiqlərlə üzləşəcək”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
O bildirib ki, İrana dinc və firavan ölkə olmaq üçün bu fürsət verilib:
“İran heç vaxt nüvə silahı əldə etməməlidir və ABŞ Prezidenti Donald Tramp bunun baş verməyəcəyini açıq şəkildə bildirib”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, İran nüvə silahı həddinə çatmayıb, ancaq Tehran bu silahları daşıya biləcək uzaqmənzilli raketlərə malikdir.
Daşqın Həsənov
Missiya.Az