İran və ABŞ bu 3 məsələ üzrə razılıq əldə edə bilər

11.06.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


ABŞ və İran üç əsas məsələ ətrafında razılıq əldə etməyə yaxındır. Tərəflər arasında ikir ayrılıqları minimuma enib.

Bakupost.az xəbər verir ki, bu barədə ​"Axios"un jurnalisti Barak Ravid mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, Tehran üçün ən prinsipial və mühüm şərt İranın dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması mexanizmidir.

Digər məsələ isə 60 günlük atəşkəs dövründə Hürmüz boğazında gəmiçiliyin bərpası və təhlükəsizlik qaydalarını əhatə edir.

Həmin 60 günlük atəşkəs müddətində İranın nüvə proqramı ilə bağlı danışıqların aparılma formatı da razılıq əldə edilməsinə yaxın məsələlərdəndir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью