İran və ABŞ bu gün razılaşma əldə etməlidir, plan təqdim olunub

06.04.2026

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran və ABŞ-a hücumların bu gün dayandırılması və Hörmüz boğazının açılmasını ehtiva edən bir plan təklif edilib.

Reuters” məsələdən məlumatlı mənbəyə istinadən xəbər verir ki, hücumların dayandırılması mexanizmi Pakistan tərəfindən hazırlanaraq hər iki tərəfə təqdim olunub.

Mənbənin sözlərinə görə, “bütün maddələr üzrə razılaşma bu gün əldə edilməlidir”.

Bildirilib ki, Pakistan ordusunun rəhbəri feldmarşal Asim Munir gecə boyu ABŞ vitse-prezidenti Ceyms Devid Vens, xüsusi elçi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə təmasda olub.

Qeyd edək ki, daha əvvəl “Axios” İran və ABŞ arasında 45 günlük atəşkəsin mümkünlüyü barədə məlumat yayıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью